Tərtərdə 257,6 hektar sahədə təkrar əkin aparılıb
AzerTAg.az
Tərtər, 6 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 886,9 ton dən üçün qarğıdalı, 112,9 ton noxud, 134,3 ton dən üçün lobya, 4 ton darı, 6471,9 ton dən üçün günəbaxan, 13 min 930,5 ton müxtəlif növ tərəvəz məhsulları, 4515,1 ton kartof, 3810,3 ton meyvə, 247,2 ton üzüm istehsal olunub.
Məhsul yığımı başa çatmış sahələrdə 257,6 hektar sahədə təkrar əkin aparılıb, 5244 hektar sahə şumlanıb. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var