REGİONLAR
Tərtərdə 267,4 hektar sahədə təkrar əkin aparılıb
Tərtər, 8 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 886,9 ton dən üçün qarğıdalı, 112,9 ton noxud, 134,3 ton dən üçün lobya, 4 ton darı, 6471,9 ton dən üçün günəbaxan, 14 min 140,9 ton müxtəlif növ tərəvəz məhsulları, 4515,1 ton kartof, 5973,8 ton müxtəlif növ meyvə, 1048,9 ton üzüm istehsal olunub. Hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 50,5 sentner, noxud üzrə 25,1 sentner, dən üçün lobya üzrə 50,6 sentner, darı üzrə 10 sentner, günəbaxan üzrə 26,1 sentner, kartof üzrə 112,7 sentner, tərəvəz məhsulları üzrə 121,8 sentner, meyvə üzrə isə 44,1 sentnerdir.
Bunda başqa, məhsul yığımı başa çatmış sahələrdə 267,4 hektar sahədə təkrar əkin aparılıb, 6578 hektar sahə şumlanıb, 268 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib ki, onun da 173 hektarı arpadır. Hazırda rayonda məhsul yığımı, payızlıq bitkilərin səpini, növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.