REGİONLAR


Tərtərdə 29 min 928 ton şəkər çuğunduru istehsal edilib

Tərtər, 27 dekabr, AZƏRTAC

Bu il 859 hektar sahədə şəkər çuğunduru becərən Tərtər rayonunun torpaq mülkiyyətçiləri məhsul yığımını başa çatdırıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sahələrdən 29 min 928 ton çuğundur yığılıb. Hər hektardan orta məhsuldarlıq 348,4 sentner təşkil edir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.