REGİONLAR


Tərtərdə 8533,3 hektar sahədə yazlıq səpin həyata keçirilib

Tərtər, 12 may, AZƏRTAC

Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mayın 1-dək 8533,3 hektar yazlıq səpin həyata keçirilib. Əkinlərin 3402,9 hektarı pambıq, 113,5 hektarı şəkər çuğunduru, 1880 hektarı dən üçün günəbaxan, 110 hektarı dən üçün qarğıdalı, 401 hektarı kartof, 1135 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1474,5 hektarı təzə yonca, 2 hektarı noxud, 2 hektarı soya, 12,4 hektarı yem üçün sorqo bitkisidir. Yazlıq bitkilərin səpini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.