REGİONLAR


Tərtərdə 8920,8 hektar sahədə dən və yaşıl yem üçün bitkilər səpilib

Tərtər, 4 fevral, AZƏRTAC

Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri 2021-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 8920,8 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Əkinlərin 5295 hektarı buğda, 3505 hektarı dən üçün arpa, 120,8 hektarı xəsil arpadır. Bundan başqa 2021-ci ilin məhsulu üçün 29,5 hektar sahədə baş soğan, 5 hektar sahədə sarımsaq, 892,5 hektar sahədə təzə yonca əkilib.

Qeyd edək ki, ötən il Tərtər rayonunda 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə edilib. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.