REGİONLAR


Tərtərdə “Torpağı Vətən edənlər” layihəsinə başlanılıb

Tərtər, 15 sentyabr, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi “Torpağı Vətən edənlər” layihəsinə başlayıb. Layihənin məqsədi Vətən müharibəsində şəhid olan Tərtər igidlərinin valideynləri və övladları ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində görüş keçirmək, şəhidlərimizin keçdiyi həyat və döyüş yolunu, göstərdikləri qəhrəmanlıq nümunələrini gənclər və yeniyetmələrə aşılamaq, təbliğ etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin ilk qonağı Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin valideynləri olub. Görüşdə Tərtər rayon Cümə məscidinin axundu, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Azərbaycan Vətən müharibəsi Veteranları Təşkilatının nümayəndələri, qazilər iştirak ediblər.

Əvvəlcə Regional İdarənin Tərtər rayon nümayəndəliyi tərəfindən şəhid polkovnik-leytenant Anar Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Anar Əliyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söhbətlər açılıb, rayon Mədəniyyət Mərkəzinin dərnək üzvləri şəhid haqqında şeirlər səsləndiriblər.

Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Tərtər rayonu üzrə komitəsi tərəfindən şəhidin valideynlərinə hədiyyələr təqdim olunub.

Şəhidin atası Vaqif Əliyev polkovnik-leytenant Anar Əliyevin keçdiyi döyüş yolundan bəhs edən kitabları tədbir iştirakçılarına paylayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.