REGİONLAR


Tərtərdə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş güləş yarışı keçirilib

Tərtər, 25 may, AZƏRTAC

Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş güləşin sərbəst, yunan-Roma və cüdo növləri üzrə yarış keçirilib. Tərtər Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının, təhsil sektorunun, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, "N" hərbi hissənin şəxsi heyəti, ümumtəhsil məktəblərinin hərbi hazırlıq və bədən tərbiyəsi müəllimləri, yuxarı sinif şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ümummilli Liderin 100 illik yubileyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb və idmançılara uğurlar diləyib.

“N” saylı hərbi hissənin idman rəisi, mayor Ayaz İbrahimov “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin rayon icra hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlərdən söhbət açıb, keçirilən yarış haqqında məlumat verib.

Sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində və müxtəlif çəki dərəcələrində keçirilən yarışın sonunda qaliblərə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.