REGİONLAR


Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Tərtər, 7 oktyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümləri ilə əlaqədar Tərtər rayon sakinləri Bəxtiyar Rəhimlinin, Ceyhun Hacızadənin, Nurlan Şirinlinin, eləcə də mülki şəhid Həsən Məmmədovun anım mərasimləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə məscidinin imamı mərasimlərdə iştirak edib, şəhidlərin ailələrinə başsağlığı veriblər. Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.