Tərtərdə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə” mövzusunda tədbir keçirilib
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Yevlax Regional miqrasiya idarəsi tərəfindən Tərtər şəhəri Gənclər Evində rayonun ümumtəhsil məktəblərinin direktorları və ərazi icra nümayəndələri ilə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, 105 nəfərin iştirak etdiyi tədbirdə DMX-nin fəaliyyət istiqamətləri, vətəndaşsızlıq hallarının aradan qaldırılması, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonra idarənin əməkdaşları Tərtər rayonunda səyyar xidmət göstərib, müvəqqəti yaşama icazəsi ilə əlaqədar müraciət edənlərin sənədlərinin qeydiyyatı aparılıb.




Xəbərin mətnində orfoqrafik səhv var