REGİONLAR


Tərtərdə ağacəkmə aksiyası keçirilib

Tərtər, 10 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Tərtər rayonunda keçirilən aksiyada 2 minə yaxın ağac, 5 min dekorativ və gün kolu əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını bildirib, Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Ölkədə tətbiq olunan karantin rejimi qaydaları nəzərə alınaraq, ümummilli lider Heydər Əliyevin abidəsi rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən gün ərzində ziyarət olunacaq.

Rayon ərazisində keçirilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətin və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, könüllülər iştirak edib. Aksiya zamanı Tərtər-Bərdə, Tərtər-Ağdam, Tərtər-Gəncə, Tərtər-Şıxarx avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə Eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, eləcə də həmişəyaşıl təkgöz və gül kolları əkilib. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.