REGİONLAR


Tərtərdə arpa biçini başa çatıb - məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir

Tərtər, 5 iyul, AZƏRTAC

Tərtər rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 8102,9 hektar sahədə taxıl becərilib. Onun 3976,7 hektarı buğda, 4126,2 hektarı dən üçün arpadır. Tərtər taxılçıları bu günədək 7097,7 hektar sahədə - zəmilərin 87,6 faizində biçin aparıb, 28 min 692,4 ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 40,4 sentnerdir.

Artıq arpa biçini başa çatıb. 4126,2 hektar arpa sahəsindən 15 min 891,9 ton məhsul götürülüb. Hər hektar arpa sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0,6 sentner artaraq 38,5 sentner olub. Bu günədək 3976,7 hektar buğda sahəsindən 2971,5 hektarı biçilib. Həmin sahələrdən 12 min 800,5 ton məhsul əldə edilib. Buğda sahələrində hər hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 0,2 sentner artaraq 43,1 sentner olub. Buğda biçini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.