CƏMİYYƏT


Tərtərdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 22 iyun, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Təhməz Məmmədovun kənd ərazisində idarə etdiyi “VAZ-21074” markalı avtomobil Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.