CƏMİYYƏT


Tərtərdə baş vermiş partlayışda xəsarət alanlarla bağlı Səhiyyə Nazirliyinin məlumatı

Bakı, 29 noyabr, AZƏRTAC 

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə hadisə zamanı iki nəfər xəsarət alıb. Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.