REGİONLAR
Tərtərdə bu günədək 18 min nəfərə yaxın sakin kütləvi tibbi müayinədən yararlanıb
Tərtər, 11 mart, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Tərtər rayonunda fevralın 12-dən etibarən 13 yaşayış məntəqəsinin sakinləri və idarə-müəssisələrin kollektivləri olmaqla, 17 min 987 nəfər müayinə olunub.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sakinlərdən 1632 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb edilib, 1 nəfər Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı olan 59 min 186 nəfərin keçməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]