REGİONLAR


Tərtərdə bu günədək 2 min tona yaxın pambıq tədarük olunub

Tərtər, 7 oktyabr, AZƏRTAC

Cari ilin məhsulu üçün 3300 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər.

Tərtər rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 1899,2 ton məhsul toplanıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-yə təhvil verilir.

Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419,9 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.