REGİONLAR


Tərtərdə bu günədək 3187,3 hektar sahəyə çiyid səpilib

Tərtər, 26 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari mövsümdə rayonda 3447,2 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr veriblər. Səpin kampaniyasına mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə 3187,3 hektar sahəyə çiyid səpiblər. Səpinə kifayət qədər aqreqat cəlb olunub və işlərin qısa müddətdə tam başa çatdırılması nəzərdə tutulur. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar.

Qeyd edək ki, 2021-ci ildə Tərtər rayonunda 3440 hektar sahədə pambıq becərilib və hər hektardan 31,1 sentner olmaqla, 10 min 701,5 ton məhsul tədarük edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.