REGİONLAR
Tərtərdə buğda zəmilərində orta məhsuldarlıq 41,5 sentnerdir
Tərtər, 29 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini başa çatmaq üzrədir.
Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək 10 min 607 hektar taxıl sahəsində, o cümlədən arpa sahələrinin hamısında, buğda zəmilərinin isə 6 min 793 hektarında biçin aparılıb və 41 min 80 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq arpa sahələrində 33,7 sentner, buğda sahələrində 41,5 sentnerdir. Bir neçə gün ərzində taxıl biçini başa çatdırılacaq.
Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtər rayonunda 10 min 908,4 hektar sahədə taxıl becərilib. Onun 7 min 93,9 hektarı buğda, 3 min 814,5 hektarı arpa zəmiləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]