CƏMİYYƏT


Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Bakı, 13 avqust, AZƏRTAC 

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hacıqərvənd kənd sakini Ramal Mehdiyev daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. R.Mehdiyevin kənd ərazisindəki yaxın qohumuna məxsus evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 20 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.