Tərtərdə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib
AzerTAg.az
Tərtər, 20 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təlim planına uyğun olaraq, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun Qaraqoyunlu kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması. Arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına mineral gübrələrin verilməsi və səpinin aparılması” mövzusunda fermerlərlə söhbətlər aparıblar.
Pambıq əkilməsi üçün dondurma şumu aparılmış sahədə təşkil olunan görüşdə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var