REGİONLAR
Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
Tərtər, 6 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq sabit inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda 27 min 139 baş qaramal, 70 min 558 baş qoyun-keçi var. İribuynuzlu mal-qaranın 99,1 faizi, xırda buynuzlu heyvanların 96,1 faizi ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.
Cari ilin doqquz ayında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 2170,2 ton diri çəkidə ət, 17 min 612,4 ton süd, 7850 min ədəd yumurta, 131,2 ton yun istehsal edilib. 2016-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 15,1 faiz, yumurta istehsalı 2,3 faiz, yun istehsalı isə 5,3 faiz artıb.