REGİONLAR


Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Tərtər, 10 oktyabr, AZƏRTAC

Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşdırılır, heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2021-ci il oktyabrın 1-i vəziyyətinə rayonda 29 min 563 baş qaramal, 49 min 973 baş qoyun və keçi olub. 2021-ci ilin 9 ayında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2665 ton ət, 17 min 259,7 ton süd, 100,1 ton yun istehsal edilib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 14 faiz, süd istehsalı 13,1 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2021-ci ilin 9 ayında 923 baş inək və düyə süni yolla mayalandırılıb, 898 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.