REGİONLAR
Tərtərdə keçirilən əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
Tərtər, 6 oktyabr, AZƏRTAC
Tərtər rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkanın açılış mərasimində çıxış edənlər əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, hər il rayonda əmək yarmarkasının təşkil olunması iş tapmaqda çətinlik çəkən sakinlərin iş yerləri ilə təmin edilməsinə müsbət təsir göstərir.
Əmək yarmarkasında 29 idarə, müəssisə və təşkilat tərəfindən 165 boş iş yeri təqdim olunub. Yarmarkada iştirak edən 200-dən artıq işaxtaran vətəndaşdan 54 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]