REGİONLAR


Tərtərdə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 9,8 faiz artıb

Tərtər, 22 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 65 milyon 524,3 min manat təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, kənd təsərrüfatı məhsullarının 39 milyon 560,8 min manatı və ya 60,4 faizi bitkiçiliyin, 25 milyon 963,5 min manatı və ya 39,6 faizi heyvandarlığın payına düşür. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 9,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.