REGİONLAR


Tərtərdə maarifləndirici tədbir: Gənclər narkomaniyaya yox deyir

Tərtər, 13 may, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Peşə Məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbirdə müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını və narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.