SİYASƏT
Tərtərdə məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yaşayış kompleksi yaxın günlərdə istifadəyə veriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Tərtər rayonunda bütün sosial-texniki infrastrukturu ilə birlikdə məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yaşayış kompleksi yaxın günlərdə istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında deyib.
Əli Həsənov qeyd edib ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir.