CƏMİYYƏT


Tərtərdə oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 27 iyul, AZƏRTAC

Tərtər rayonunun Hacıqərvənd kənd sakini Qurban Əliyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Anar Məmmədov və Razi Aslanov polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə satdıqları aşkarlanıb. Polis əməkdaşları oğurlanmış mal-qaranın yerini müəyyənləşdirərək sahibinə təhvil veriblər.

Keçirilmiş digər bir əməliyyat tədbiri ilə Tərtər Subartezian İdarəsinə məxsus transformatorun sarğı hissəsini oğurlayan rayon sakini Rüstəm Fərəcov da yaxalanıb. Hər üç şəxs törətdiyi cinayət əməllərini etiraf ediblər.

Faktlarla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.