CƏMİYYƏT


Tərtərdə şəhid Ceyhun Hacızadənin doğum günü qeyd olunub

Tərtər, 17 avqust, AZƏRTAC

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Evoğlu kənd sakini Ceyhun Hacızadənin doğum günü məzarı önündə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar. Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Ceyhun Hacızadənin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Hacızadə Ceyhun İfrayıl oğlu 2020-ci il oktyabrın 7-dən Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.