REGİONLAR


Tərtərdə şəhid Qənbər Qənbərlinin doğum günü qeyd olunub

Tərtər, 10 sentyabr, AZƏRTAC

Tərtər rayonu Kəngərli kəndindən olan Vətən müharibəsi şəhidi baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun doğum günü qeyd edilib. Yaşasaydı Qənbərin 28 yaşı olacaqdı...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Qənbər Qənbərlinin doğum günü ilə əlaqədar rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, qazilər və şəhidin ailə üzvləri onun məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.