İQTİSADİYYAT
Tərtərdə suvarma kanalı istifadəyə verilmişdir VİDEO
Tərtər, 12 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Tərtər rayonunun Dəmirçilər kəndində R-7 paylayıcı kanalının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ölkədə meliorasiya və su təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən, R-7 paylayıcı kanalının əhəmiyyətindən danışılmış, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunmuşdur.
Bildirilmişdir ki, uzunluğu 3940 metr, sukeçirmə qabiliyyəti saniyədə 3 kubmetr olan R-7 paylayıcı kanalı rayonun Cəmilli, Dəmirçilər, Təzəkənd, Balakəngərli, Kovdadıx, Bildirçinli, Bəyimsarov, Borsunlu kəndlərini əhatə etməklə, ümumilikdə, 1600 hektar əkin sahəsinin suvarılmasını təmin edəcəkdir.