REGİONLAR


Tərtərdə taxılın məhsuldarlığı artıb

Tərtər, 18 iyul, AZƏRTAC

Taxıl biçinini başa çatdıran Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 44 min 175,2 ton məhsul əldə ediblər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsulun 30 min 984,4 tonu buğda, 13 min 190,8 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 41,1 sentner, arpa sahələrində isə 32,9 sentner olub. 2017-ci ilə nisbətən buğdanın məhsuldarlığı 2,8 sentner, arpanın məhsuldarlığı isə 1,5 sentner artıb. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.

Qeyd edək ki, 2018-ci ilin məhsulu üçün Tərtərdə 11 min 556,3 hektar sahədə taxıl becərilib. Onun 7545,6 hektarı buğda, 4010,7 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.