REGİONLAR


Tərtərdə təhlükəsiz oyun meydançası istifadəyə verilib

Tərtər, 9 oktyabr, AZƏRTAC

Tərtər rayonunun Səhləbad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən inşa edilən təhlükəsiz oyun meydançası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətin başçısı Müstəqim Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, təhlükəsiz oyun meydançaları uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir.

Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev uşaqlara təhlükəsiz oyun meydançasında asudə vaxtlarını səmərəli keçirmələrini və xoş istirahət arzulayıblar.

Sonra oyun meydançası uşaqların istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.