CƏMİYYƏT
Tərtərdə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]