REGİONLAR
Tərtərdə ümumi məhsul buraxılışının həcmi 9,9 faiz artıb
Tərtər, 4 avqust, AZƏRTAC
İlin birinci yarısında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 72,8 milyon manat olub.
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcm indeksi 9,9 faiz artıb. Məhsul və xidmətlərin 62,5 faizi istehsal sahələrinin, 37,5 faizi xidmət sahələrinin payına düşüb.
Ümumi məhsul buraxılışının 34,3 milyon manatını kənd təsərrüfatı, 25,9 milyon manatını ticarət və xidmət, 2,5 milyon manatını sənaye, 1,1 milyon manatını nəqliyyat və anbar təsərrüfatı, 0,3 milyon manatını informasiya və rabitə sahələrində məhsul və xidmətlər təşkil edib. Bu dövrdə 8,7 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]