REGİONLAR


Tərtərdə uşaqların bayram sevinci

Tərtər, 2 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər şəhərindəki Heydər Əliyev adına parkda şəhid və qazi övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıblar. Bildirilib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı təqdim olunub, balacaların ifasında şeirlər səsləndirilib.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.