REGİONLAR


Tərtərin Şıxarx qəsəbəsində təbii qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır

Bakı, 25 noyabr, AZƏRTAC

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində Vətən müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində təbii qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bunun üçün birliyin baş direktoru Ruslan Əliyevin göstərişi ilə Bakıdan Tərtər rayonuna bir neçə tikinti heyəti yola salınıb. Lazımi avadanlıqlarla təchizat məsələləri də yüksək səviyyədə həll olunur.

Qeyd edək ki, Şıxarx qəsəbəsində 34 yaşayış binasında hazırda 1172 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bölgədə yalnız bu ərazidə sakinlər qaz almır. Döyüşlər zamanı düşmənin qaz təsərrüfatına ziyan vurduğu Tərtər Regional Qaz İstismarı İdarəsinin xidmət sahəsinə daxil olan digər rayonlarda - Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzulidə bütün problemlər aradan qaldırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.