REGİONLAR


Tərtərli fermerlər 3400 hektardan çox sahədə pambıq becərəcəklər

Tərtər, 12 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1180 istehsalçı ilə 2017 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1350 hektarı “Azərpambıq” MMC və 60 hektarı “P-Aqro” MMC ilə olmaqla, 3427 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.

Qeyd edək ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları 2018-ci ildə də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.