REGİONLAR


Tərtərli fermerlər məhsul yığımını davam etdirirlər

Tərtər, 8 sentyabr, AZƏRTAC

Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.

Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 1132,9 ton dən üçün qarğıdalı, 58,1 ton noxud, 111,9 ton dən üçün lobya, 1,5 ton darı, 4809,1 ton dən üçün günəbaxan, 12 min 300,2 ton müxtəlif növ tərəvəz məhsulları, 4250,1 ton kartof, 5139 ton müxtəlif növ meyvə və giləmeyvə, 251,4 ton üzüm istehsal edilib. Hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 50,7 sentner, noxud üzrə 25,3 sentner, dən üçün lobya üzrə 50,9 sentner, darı üzrə 15 sentner, günəbaxan üzrə 26,4 sentner, kartof üzrə 112,9 sentner, tərəvəz məhsulları üzrə 130 sentner olub. İstehsal olunan meyvənin 454 tonu intensiv üsulla becərilən bağlardan toplanılıb.

Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.