REGİONLAR
Tərtərli fermerlər şəkər çuğunduru yığımını davam etdirirlər
Tərtər, 7 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin təxribatlarına, yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, Tərtər rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, torpaq mülkiyyətçiləri bu il 301 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Tərtərli fermerlər sahələrin 64 hektarında yığım aparıb, 2880 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 450 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.
Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]