REGİONLAR


Tərtərli fermerlər taxıl səpinini davam etdirirlər

Tərtər, 12 noyabr, AZƏRTAC

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 520 hektarda buğda, 635 hektarda arpa səpilib.

Qeyd edək ki, Tərtər taxılçıları bu il 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə ediblər. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.