REGİONLAR


Tərtərli gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanıblar

Tərtər, 10 yanvar, AZƏRTAC 

Çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli şəkildə yola salınması cəbhə bölgəsi olan Tərtərdə ənənə halını alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Elşən Abdullayev, Qarabağ müharibəsi veteranı, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, əsgər atası Rəsul Səfərov və başqaları gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Çağırışçılar Vətənə xidmət etmək üçün yola düşdüklərindən qürur duyduqlarını deyərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.