REGİONLAR


Tərtərli kümçülər barama tədarükünə başlayıblar

Tərtər, 4 iyun, AZƏRTAC

Tərtər rayonunda barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər 1550 kiloqram məhsulu “Azəripək” MMC-nin nümayəndələrinə təhvil veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər ipəkqurdularının bəslənməsində çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 15 tondan çox barama istehsalı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.