REGİONLAR
Tərtərli məzunlardan 230 nəfəri tələbə adını qazanıb
Tərtər, 21 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Tərtər rayonunun ümumtəhsil məktəblərini 601 məzun bitirib. Onların 13-ü fərqlənmə attestatı alıb. Tərtərli məzunlardan 393-ü ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib, 230 nəfər tələbə adını qazanıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni şəhər 2 və 5 nömrəli, Bəyimsarov, Sarov, Qaradağlı, Hacıqərvənd kənd tam orta məktəblərin məzunları göstərib. Belə ki, 2 nömrəli tam orta məktəbin 29, 5 nömrəli tam orta məktəbin 11, Bəyimsarov kənd tam orta məktəbin 12, Sarov kənd tam orta məktəbin 13, Qaradağlı kənd tam orta məktəbin 10, Hacıqərvənd kənd tam orta məktəbin 10 məzunu ali məktəblərə qəbul olub. İmtahanlarda 2 nömrəli tam orta məktəbin məzunu Oqtay Səfərov 631, 6 nömrəli tam orta məktəbin məzunu Mahir Vəlizadə 629, Evoğlu kənd tam orta məktəbinin məzunu Səidə Allahverdiyeva 629, Qapanlı kənd tam orta məktəbinin məzunu İlkin Mirzəyev 623 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.