REGİONLAR


Tərtərli pambıqçılar bu günədək 11 min 322,4 ton məhsul toplayıblar

Tərtər, 11 dekabr, AZƏRTAC

Tərtər rayonunda pambıq yığımı davam edir. Rayon pambıqçıları strateji məhsulu son qozasınadək yığmaq üçün səylə çalışırlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ildə Tərtər rayonunda 1200 hektarı “Azərpambıq” MMC, 1731 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 50 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 2981 hektar sahədə pambıq becərilib. Bu günədək tarlalardan 11 min 322,4 ton məhsul toplanıb. Hər hektardan orta məhsuldarlıq 38 sentner təşkil edir.

Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.