REGİONLAR
Teruyuki Katori: Azərbaycana gələn bütün diplomatları Qubaya səfər etməyə çağırıram VİDEO
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Yaponiya ilə Qubanın oxşar cəhətlərindən biri gözəl, dadlı almaların yetişdirilməsidir. Bizim ölkədən Azərbaycana “Fuji” və bir çox başqa məhsuldar alma sortları gətirilib. Quba çox gözəldir. Mən Azərbaycana gələn bütün diplomatları bu rayona səfər etməyə çağırıram.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada keçirilən “Alma bayramı”nda iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori söyləyib.
Teruyuki Katori bildirib ki, bundan əvvəl də Qubada olub. Amma həmin səfərlər işgüzar xarakter daşıyıb. “Burada olmaqdan məmnunam. Tədbirdə qədim adət-ənənələrinizi əks etdirən kompozisiyalar, milli rəqslər, alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar nümayiş etdirilir. Bizə ölkənin şimal bölgəsində yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olundu. Bu kimi festivallar xarici qonaqları ölkəyə cəlb edir”, - deyə səfir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]