DÜNYA


“Tesla” Şanxaydakı zavodunun inşası üçün Çin banklarından kredit götürəcək

Pekin, 11 mart, AZƏRTAC

ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla Inc.” Şanxay şəhərindəki zavodunun inşası üçün yerli banklardan kredit götürəcək.

AZƏRTAC xəbər verir ki, şirkət “China Construction Bank”, “Agricultural Bank of China”, “Industrial and Commercial Bank of China” və “Shanghai Pudong Development Bank” ilə 3,5 milyard yuan (təxminən 520 milyon ABŞ dolları) sindikat müqaviləsi imzalayıb.

Qeyd edək ki, yanvarda Şanxayda “Tesla Inc.”nin illik 500 min avtomobil istehsalı gücü olacaq zavodunun təməli qoyulub. Təxminən 2 milyard dollara başa gələcək istehsal sahəsi şirkətin dünyada ABŞ-dan kənarda ilk nəhəng zavodu olacaq. ABŞ şirkəti zavodun inşa ediləcəyi torpaq sahəsi üçün 149 milyon dollar ödəyib. “Tesla” Çində 100 faiz xarici kapitallı avtomobil istehsal edən ilk şirkət olacaq. İndiyədək xarici avtomobil istehsalçıları Çində zavod açmaq üçün yerli şirkətlərin biri ilə müştərək müəssisə yaratmalı idilər. “Tesla” Çinin bu sahədə yeni qaydalarından bəhrələnən ilk şirkət olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.