ELM VƏ TƏHSİL


“Tesla” daha ucuz və mükəmməl batareya istehsal etmək üçün Asiya şirkətlərinə müraciət edir

“Tesla” daha ucuz və mükəmməl batareya istehsal etmək üçün Asiya şirkətlərinə müraciət edir

Bakı, 10 mart, AZƏRTAC

“Tesla” kompaniyası 4680 batareya ilə bağlı problemləri həll etmək üçün Asiyada olan tərəfdaşlarına müraciət edir. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, İlon Maskın daha yaxşı, daha ucuz batareyalar hazırlamaq planları yalnız Çin və Cənubi Koreya şirkətləri ilə əməkdaşlıq şəraitində mümkün ola bilər. Bu, onun sahibi olduğu “Tesla”da mövcud böhranı aradan qaldırmağa kömək edəcək.

Elektromobil istehsalçısı olan şirkət futuristik “Cybertruck”ın (kiber izləmə) buraxılışını gecikdirməyə kömək edən batareyanın istehsalı problemləri ilə mübarizə aparsa da, onun maya dəyərini azaltmaq və enerji tutumunu artırmaq üçün Çin və Koreya materialları təchizatçılarını işə götürür. Reuters agentliyinə məlumat verən mənbələrə görə, “Tesla” ABŞ-də 4680 batareyanın istehsalını artırmaq istəyir və material xərclərini azaltmağa kömək etmək məqsədilə Çinin “Ningbo Ronbay New Energy” və “Suzhou Dongshan Precision Manufacturing” şirkətlərinə müraciət edib. Bu prosesin təfərrüatları barədə əvvəllər məlumat verilməyib.

Texas ştatının Ostin şəhərində yerləşən zavod batareya istehsalı sahəsində nəzərdə tutulan hədəflərə çata bilsə də, 4680 batareya heç də İlon Maskın 2030-cu ilədək ildə 20 milyon elektromobil buraxmaq planına uyğun deyil. Bu məqsədə çatmaq istəyən milyarder Cənubi Koreyanın “L&F Co” kompaniyası ilə həmin batareyanın enerji sıxlığını artıra biləcək yüksək nikelli katodların tədarükü ilə bağlı müqavilə imzalayıb. “Tesla”, eyni zamanda, batareya istehsalını Cənubi Koreyanın “LG Energy Solution” və Yaponiyanın “Panasonic” şirkətləri ilə birlikdə həyata keçirmək niyyətindədir. Mənbələrdən biri agentliyə bildirib ki, LG və “Panasonic” şirkətləri “Cybertruck” üçün komponentlər tədarük edəcək.

Martın əvvəlində İlon Musk investorlara bildirib ki, batareya çatışmazlığı nəticəsində elektromobil istehsal edən zavodlar dayana bilər. Yeni batareyaların bu ilin sonunda şirkətin üç ildən artıq müddətdə ilk modeli olan və paslanmayan poladdan hazırlanmış “Cybertruck”ın təqdimatında əsas rol oynayacağı gözlənilir. “Tesla” istehsal prosesinin yenidən gecikməsinin qarşısını almaq üçün üç batareya variantını nəzərdən keçirib. Bunlardan ən münasib olanı elektromobillərdə geniş istifadə olunan və daha ucuz litium dəmir fosfat tərkiblisidir.

Yeni batareyalar “Tesla”nın Texas, Kaliforniya, Nevada və Berlindəki fabriklərində istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.