DÜNYA


“Tesla” elektrik avtomobillərinin qiymətini artırır

Bakı, 11 mart, AZƏRTAC

“Tesla” kompaniyası elektrik avtomobillərinin qiymətini orta hesabla 3 faiz artırmaq barədə qərar qəbul edib.

AZƏRTAC “Tesla” avtomobil istehsalatçısının saytına istinadla xəbər verir ki, istisna yalnız baza komplektasiyalı “Model 3” avtomobillərinə aiddir.

“Əvvəlcə planlaşdırılandan az mağazanı bağlamalı olduğumuza görə, elektromobillərin qiymətini təxminən 3 faiz artırmaq məcburiyyətindəyik”, - kompaniyanın bəyanatında qiymət artımı belə əsaslandırılır.

Xatırladaq ki, fevral ayının sonlarında “Tesla” kompaniyası “Model 3” elektrik avtomobillərinin qiymətini 35 min dollara endirmək üçün öz mağazalarının əksəriyyətindən imtina edərək online-satışlara keçmək niyyətində olduğunu bildirmişdi.

Kompaniya son iki həftə ərzində hər bir salonda analizlər aparıb və belə nəticəyə gəlib ki, planların həyata keçirilməsi üçün daha bir neçə ay lazım olacaq. Bundan əlavə, planlar korrektə ediləcək, bağlanılan bəzi mağazalar yenidən açılacaq.

Hazırda “Tesla” kompaniyası “Model 3” və “Model S” sedanları, həmçinin “Model X. Model 3” krossoveri istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.