DÜNYA


“Tesla”nın bazar dəyərindəki artım ABŞ-ın nəhəng avtomobil istehsalçılarının dəyərindəki ümumi artıma bərabər olub

Bakı, 7 iyul, AZƏRTAC

ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla Motors”un bazar dəyəri ötən 5 ticarət günündə “Detroit triosu” (“General Motors”, “Ford Motor Co.” və “Fiat Chrysler”) adlanan üç nəhəng avtomobil şirkətinin dəyərindəki ümumi artıma bərabər olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həmin günlərin hər birində öz dəyərini orta hesabla 14 milyard dollar artıran “Tesla” COVID-19 pandemiyasına görə aşağı düşən satış volatiliyindən sonra sürətlə vəziyyəti öz xeyrinə dəyişə bilib.

“Tesla” keçən həftənin hər günü bazar dəyərinə kobud formada desək “Fiat Chrysler”ə bərabər dəyər əlavə edib.

Xatırladaq ki, “Tesla Motors”un bazar dəyəri ötən ilin oktyabrında “General Motors”u üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.