ELM VƏ TƏHSİL


Test imtahanından uğurla keçən şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

İnzibati rəhbər vəzifələr (A növü) üzrə sentyabrın 19-da keçirilmiş test imtahanında uğur qazanan şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, inzibati rəhbər vəzifələrə aid olan vəzifə qrupları (AB, AC) üzrə dövlət qulluğuna qəbul üçün test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 1 oktyabr saat 23:59 dək Mərkəzin saytında müvafiq linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd edilən sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda);

-Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.

Xatırladaq ki, imtahanda AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 11 namizəd uğur qazanıb.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.