ELM VƏ TƏHSİL


Test imtahanlarında növbəti yüksək bal

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə imtahanda 57 bal toplayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, G.İsrafilova Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.

Müəllimlərin işə qəbulu üzrə davam edən imtahanlarda bu gün rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edirlər.

İmtahanlar iyulun 24-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.